13 oktyabr

NATO hərbçiləri Fransa sahillərində Rusiya sualtı qayığını aşkarlayıb

Fransa sahillərində Nato hərbçiləri tərəfindən Rusiyaya məxsus sualtı qayıq aşkarlandığı iddia olunur.

Təhlil.az Qərb mediasında yayılan məlumata istinadla xəbər verir ki, Şimali Atlantika Alyansının Dəniz Komandanlığından bildirilənlərə görə, sualtı qayıq ekstrim səviyyədə üzə çıxıb, çünki yanacaq sistemi zədələndiyindən yanacaq birbaşa anbarlara axırmış.

Rusiya Qara Dəniz Donanması isə nasazlıq iddialarını təkzib edib, bildirib ki, üzə çıxma planlı olub: “Beynəlxalq gəmilərin hərəkət qaydalarına əsasən, La-Manş boğazından keçid edən sualtı qayıqlar yalnız səthdə hərəkət etməlidir”.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?