13 oktyabr

Birinci sinfə gecikən uşaqların qəbulu davam edir

Birinci sinfə gecikən uşaqların qəbulu davam edir

Təhlil.az xəbər verir ki, 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqların qəbulu prosesi davam edir.

MÜTDA-nın məlumatına görə, valideynlər 15 oktyabr 2025-ci il saat 18:00-a qədər mektebeqebul.edu.az portalı vasitəsilə boş qalan yerlərə məktəb və müəllim seçimini həyata keçirə bilərlər.

Qeyd olunan tarixədək övladları üçün portaldan sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə müraciət edərək qəbul prosesini yekunlaşdıra bilərlər.

Qeyd edək ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?