Erməni lobbisi ABŞ-də Azərbaycana məğlub oldu - TƏHLİL

ABŞ-də fəaliyyət göstərən erməni lobbisinin əsas fəaliyyəti Azərbaycan əleyhinə olub. 1990-cı illərdə Qarabağ və ətraf rayonlar ermənilər tərəfindən işğal edildikdən sonra diaspor və lobbi bu ərazilərin təbii sərvətlərini talan edib, on illər boyu ciblərini doldurublar. Əvəzində isə müəyyən layihələr və proqramlar vasitəsilə Ermənistana sözün əsl mənasında tulapayı göndəriblər. 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, regionda geosiyasi balansın dəyişməsi, Nikol Paşinyan hökumətinin reallığı dərk edərək, sülhə doğru addım atması erməni lobbisinin planlarını alt-üst edib. ABŞ-də Bayden administrasiyası zamanı müəyyən senatorlara təzyiq edərək və rüşvət verərək, müəyyən işləri görə bilən lobbi Tramp administrasiyası ilə bunu edə bilmir. Qısacası, ABŞ-də erməni lobbisinin adi balansı dağılır. Konqres və Tramp administrasiyası artıq erməni təşkilatlarının təzyiqlərinə cavab vermir və öz strateji prioritetlərinin maraqlarından çıxış edirlər.
Hətta ABŞ Senatı demokrat senator Adam Şiffin müdafiə büdcəsinə Azərbaycan hakimiyyətinə təzyiq göstərəcək və Bakıdakı erməni separatçılarının azad edilməsinə səbəb olacaq düzəlişinə baxmayıb. Sənəd səsverməyə belə qoyulmayıb ki, bu da erməni lobbisinin Konqresdəki təsirinin real olaraq azalmasından xəbər verir. Eyni zamanda Konqres də gözəl başa düşür ki, hazırda Qafqazda Vaşinqtonun ən etibarlı tərəfdaşı rəsmi Bakıdır. Bundan əlavə, Bakı məhkəmələrində terrorçu əməllərinə görə cavab verən erməni separatçıları ilə bağlı məsələnin də Azərbaycanın daxili işi olduğunu gözəl dərk edirlər. Şiffin ATƏT-in Minsk Qrupunun qərəzli gündəmini canlandırmaq və sanksiyalar mexanizmini işə salmaq cəhdi Oval Ofisin yeni xətti fonunda uğursuzluğa düçar oldu.
Vaşinqton sazişinin imzalanmasından və 907-ci maddənin ləğvindən sonra ABŞ rəhbərliyi Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycan hökuməti ilə yaxınlaşma kursunu aydın şəkildə müəyyən etdi. Təşəbbüsün uğursuzluğu Tramp administrasiyasının xarici siyasətinin indi praqmatizm üzərində qurulduğundan xəbər verir. Vaşinqton artıq lobbi dairələri qarşısında öhdəlik götürmür və regionda mövqelərini itirmiş Ermənistan nümayəndəliyinə dəstək verməyi mənasız görür. Düzəlişin rədd edilməsi ağırlıq mərkəzində Azərbaycan rəhbərliyinə doğru son sürüşməni gücləndirdi. Erməni lobbisi üçün bu, sadəcə məğlubiyyət deyil, onların səslərinin Cənubi Qafqazda Amerika strategiyasına təsir edə biləcəyi dövrün sonudur.
Hikmət Həsənov