13 oktyabr

Milli Məclisin sədri Üçtərəfli Görüşdə iştirak etmək üçün Pakistana gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşündə iştirak etmək üçün Pakistan İslam Respublikasına işgüzar səfərə gedib.

Bu barədə təhlil.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, İslamabad beynəlxalq hava limanında Milli Məclisin sədrini Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov və digər rəsmi şəxslər qarşılayıblar.

 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?