11 oktyabr

BDYPİ səfərə hazırlaşan sürücülərə müraciət edib

Həftəsonu xüsusilə magistral yollarda hərəkət intensivliyinin artması yol-nəqliyyat hadisələrinin sayına təsir göstərir. Bununla bağlı yollarda təhlükəsizlik tədbirləri gücləndirilsə də, bəzən sürücülərin qaydalara riayət etməməsi, tələskənliyə, diqqətsizliyə yol verilməsi səbəbindən ağırlıq dərəcəsi yüksək olan qəzaların şahidi oluruq.

Təhlil.az bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatına istinadla xəbər verir.

İdarə xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, hərəkət zamanı düzgün ara məsafəsi seçməyi, sürət rejiminə, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir:“Gəlin mənzil başına təhlükəsiz çatmaq üçün məsuliyyət hissini unutmayaq!”, - deyə məlumatda qeyd olunub.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?