10 oktyabr
Ramil Həsənin deputat mandatına xitam veriləcək

Milli Məclisin üzvü Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.
Təhlil.az xəbər verir ki, bu barədə millət vəkili parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib.
Mərkəzi Seçki Komissiyası onun mandatına xitam verəcək.
Xatırladaq ki, R.Həsən iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında Baş katib seçilib. O, yeni vəzifəsinə oktyabrın 15-dən başlayacaq.
Bu gün
Bu gün