10 oktyabr
“Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan rəhbəri azadlığa buraxıldı

Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb.
Təhlil.az xəbər verir ki, bu barədə “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikov Rusiya prezidentinin köməkçisi Yuri Uşakova istinadən məlumat verib.
Bildirilib ki, Kartavıxın azadlığa buraxılması barədə qərar Düşənbədə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında keçiriləcək görüş ərəfəsində qəbul olunub.
Qeyd edək ki, İqor Kartavıx bu ilin iyun ayında Azərbaycan Daxili İşlər Nazirliyinin “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialı — “Sputnik Azərbaycan” ofisində keçirdiyi əməliyyat zamanı saxlanılmışdı.
Faktla bağlı əlavə məlumat hələlik açıqlanmayıb.
Bu gün
Bu gün