09 oktyabr
Peskov: “Putin və Əliyevin görüşü ərəfəsində nikbinik”

Rusiya tərəfi Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında keçiriləcək görüşə nikbin yanaşır.
Təhlil.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“İki prezidentin bu gün görüşəcəyi ilə bağlı razılıq əldə olunub. Biz bu görüşün nəticələrini görəcəyik. Bu baxımdan nikbinik. Ümid edirik ki, prezidentlər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edəcək və qalan problemli məsələləri həll edəcəklər”, – deyə, Peskov vurğulayıb.
O, həmçinin Putin və Əliyev arasında baş tutmuş əvvəlki telefon danışığını “yaxşı, müsbət və konstruktiv” adlandırıb və qarşıdan gələn görüşlə bağlı razılığın məhz həmin söhbət zamanı əldə olunduğunu qeyd edib.
Bu gün
Bu gün