08 oktyabr

Əli Əsədov və Nikol Paşinyan forum açılışında və işində iştirak edəcəklər

Əli Əsədov və Nikol Paşinyan Tbilisi İpək Yolu Forumunun rəsmi açılış mərasimində və işində iştirak edəcəklər.

Təhlil.az xəbər verir ki, oktyabrın 22-23-də baş tutacaq tədbirdə 2000-ə yaxın nümayəndənin – yüksək səviyyəli siyasətçilər, biznes sektorunun və beynəlxalq təşkilatların nümayəndələri, aparıcı qlobal şirkətlərin, beynəlxalq maliyyə institutlarının rəhbərlərinin və dünya səviyyəli ekspertlərin iştirakı gözlənilir.

Forumda qlobal ticarət, nəqliyyat və logistika, Orta Dəhlizin inkişafı, enerji, rəqəmsal transformasiya və digər mövzular müzakirə olunacaq.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?