08 oktyabr
Alimlərdən şok xəbərdarlıq: Kola spirtli içkilərdən daha zərərlidir!

Yeni elmi araşdırmalar göstərib ki, kola qaraciyərə spirtli içkilərdən də sürətli zərər vurur.
Təhlil.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, cəmi 250 millilitr “dietik” kola qaraciyərin piylənməsi riskini 60%, adi kola isə 50% artırır.
Tədqiqatda qeyd olunur ki, süni şirinləşdiricilər orqanizmdə iltihab və metabolik stress yaradır, bu isə uzunmüddətli dövrdə insulin müqavimətini artıraraq şəkərli diabet və piylənmə riskini yüksəldir.
Alimlərin fikrincə, “sağlam” kimi təqdim edilən “dietik” içkilər əslində beynin aclıq siqnallarını pozur, nəticədə insan daha çox qida qəbul edir.
Bu gün
Bu gün