07 oktyabr
Müəllimlərin işə qəbulu üzrə xüsusi müsabiqə davam edir

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam və aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə xüsusi müsabiqə davam edir.
Təhlil.az xəbər verir ki, keçirilmiş attestasiya prosesində səs çoxluğu, yəni komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər, nazirlik tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək xüsusi müsabiqəyə qatılmaqla, yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı qazanırlar.
Qeydiyyat 2025-ci il oktyabrın 3–dən 17-dək Dövlət İmtahan Mərkəzinin portalında aparılacaq.
Bu gün
Bu gün