07 oktyabr

Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməli qoyulub

Füzuli məscidinin oktyabrın 7-də təməlqoyma mərasimi keçirilib.

Təhlil.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün iştirakçıları prosesi onlayn formatda müşahidə ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirib:

"Əziz qardaşım, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov iyul ayında Qarabağa səfəri zamanı Füzulidə Türkmənistan tərəfindən məscidin tikintisini təklif edib. Biz bu hədiyyəyə görə qardaş Türkmənistana təşəkkür edirik".