07 oktyabr

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Təhlil.az xəbər verir ki, dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidentini doğum günü münasibətilə təbrik edib.

Vladimir Putin təbriklərə görə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?