07 oktyabr

Bakıda QDİƏT PA-nın komitə iclası keçirilir

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclası keçirilir.

Təhlil.az xəbər verir ki, iclası Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədri Musa Quliyev açıb.

İclasda Azərbaycan və bir neçə ölkənin parlament nümayəndələri iştirak edirlər.