06 oktyabr
Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizlə bağlı saziş imzalayıb

Qazaxıstanda keçirilən “Yeni İpək Yolu” Biznes Forumu çərçivəsində Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yolu şirkətlərinin rəhbərləri Orta Dəhliz üzrə tranzit daşımalarının sürətləndirilməsinə dair birgə fəaliyyət planı imzalayıblar.
Təhlil.az xəbər verir ki, Sazişin məqsədi tranzit qatarların hərəkətinin daha rahat və effektiv təşkilini təmin etmək, həmçinin səfər müddətlərini qısaltmaqdır.
Sənədə əsasən, Orta Dəhlizdə mövcud infrastruktur, əməliyyat və logistik məhdudiyyətlərin aradan qaldırılması, eləcə də gömrük rəsmiləşdirilməsi proseslərinin sadələşdirilməsi nəzərdə tutulur.
Razılaşma çərçivəsində görüləcək işlərin konkret müddətləri və məsul şəxslər də müəyyən edilib.
Bu gün
Bu gün