06 oktyabr

III MDB Oyunlarında medal günüdür: bir neçə növdə qaliblər məlum olacaq

III MDB Oyunları çərçivəsində bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.

Təhlil.az xəbər verir ki, Şəkidə çövkən üzrə bürünc medal uğrunda matçda Qazaxıstan və Qırğızıstan seçmələri üz-üzə gələcəklər.

Şəkidə eyni zamanda bədii gimnastika üzrə yarışlara start veriləcək.

Gəncə İdman Sarayında voleybol yarışının sonuncu günündə mükafatçılar müəyyənləşəcək.

Sözügedən idman mərkəzində qılıncoynatma görüşləri davam edəcək, güllə atıclığına isə yekun vurulacaq.

Bundan başqa, Gəncədə 3x3 basketbol üzrə yarışın mükafatçıları bəlli olacaq.

Mingəçevirdə isə avarçəkmənin kayak və kanoe üzrə final yarışları keçiriləcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?