02 oktyabr

İngiltərədə sinaqoqa terror hücumu

Foto: "Reuters"

Böyük Britaniyanın Mançester şəhərində, Hiton-Park rayonunda yerləşən sinaqoqa hücum edilib.

Təhlil.az xəbər verir ki, polisin məlumatına görə, bir nəfər avtomobili piyadaların üzərinə sürüb, daha sonra isə onlardan birini bıçaqlayıb. Ümumilikdə 4 nəfər xəsarət alıb. Hücum edən şəxs polis tərəfindən yaralanaraq saxlanılıb və hazırda sağdır.

Hadisə "Yom-Kipur" — yəhudi təqvimində ən mühüm bayram günündə baş verib.

Mançesterin meri Endi Börnem əhalini hadisə baş verən ərazidən uzaq durmağa çağırıb və birbaşa təhlükənin aradan qaldırıldığını bildirib. Hadisə yerində polis və təcili tibbi yardım briqadaları işləyir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer də Danimarkada keçirilən sammitdə iştirakını yarımçıq saxlayaraq Mançesterdəki mümkün terror aktı səbəbindən ölkəyə qayıdır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?