Türk dövlətləri Qəbələdə toplanacaqlar

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə toplantısı Qəbələ şəhərində "Regional Sülh və Təhlükəsizlik" mövzusu çərçivəsində keçiriləcək.
Təhlil.az xəbər verir ki, tədbir 7 oktyabr 2025-ci il tarixində təşkil olunacaq.
Bildirilir ki, zirvə görüşü TDT və müşahidəçi dövlətlərinin başçılarını, eləcə də nümayəndə heyətlərini bir araya gətirəcək. Bölgədə və beynəlxalq miqyasda aktuallıq kəsb edən məsələləri müzakirə etməyə, əməkdaşlığı gücləndirməyə və Türk Dünyasında birliyi, sülhü və rifahı daha da irəli aparmaq məqsədilə mühüm sənədləri qəbul etməyə imkan yaradacaq.
Qəbələ şəhərində baş tutacaq bu əlamətdar tədbir tarix və müasirliyin vəhdətini simvollaşdırır. Eləcə də türk dövlətləri arasında dostluq, həmrəylik və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üzrə TDT-nin ümumi baxışını əks etdirir.