Dünən
Ötən həftə 135 mina və 1661 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən sentyabrın 22-28-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
Təhlil.az ANAMA-nın məlumatına istinadla xəbər verir ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 100, tankəleyhinə 35 mina və 1661 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 1225,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Dünən
Dünən