Azərbaycan - Avropanın qaz diversifikasiyasında önəmli oyunçu

"Energy Intelligence Group"un iqtisadçısı Julyen Matonyerin sözlərinə görə, Azərbaycan Avropanın Rusiya qazından asılılığını azaltmaqda mühüm rol oynayır.
Təhlil.az xəbər verir ki, əsas məqamlar kimi aşağıdakılar qeyd edilib:
* “Şahdəniz” layihəsi sayəsində Azərbaycan Avropaya qaz tədarükünü artırıb.
* 2027-ci ilə qədər ixrac həcmi ikiqat artırılaraq 20 milyard kubmetrə çatdırılacaq.
* TANAP və TAP boru kəmərləri vasitəsilə tədarük reallaşdırılır.
* BP-nin altı yeni quyusu həm daxili tələbatı, həm də Aİ-yə sabit tədarükü təmin edir.
* Layihə siyasi və geosiyasi baxımdan uğurlu addımdır: diversifikasiya strategiyası kimi təqdim olunur, Rusiya ilə əməkdaşlıq isə davam etdirilir.
* Türkiyə bu prosesdə mühüm vasitəçi rolunu oynayır, enerji diplomatiyasında “bufer” funksiyası yerinə yetirir.
Azərbaycan enerji siyasətində bacarıqlı diversifikasiya strategiyasının nümunəsini göstərir.