24 sentyabr

Ərdoğan BMT Baş Assambleyasından Azərbaycana mesaj göndərdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən 80-ci BMT Baş Assambleyasında çıxışı zamanı Ermənistan-Azərbaycan münasibətlərinə dair mövqeyini açıqlayıb.

Təhlil.az xəbər verir ki, Dövlət başçısı bildirib ki, Ankara bu mövzuda həmişə prinsipial və aydın mövqe nümayiş etdirib: “Ermənistan-Azərbaycan arasında illərlə davam edən münaqişə ilə bağlı tərəflərə mövqeyimizi aydın şəkildə bildirmişik”.

Ərdoğan həmçinin avqustun 8-də ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında paraflanan dayanıqlı sülh sazişini yüksək qiymətləndirib:
“Bu münasibətlə bir daha Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevi, ABŞ lideri Donald Trampı və Ermənistan Baş naziri Nikol Paşinyanı təbrik edirəm”.

Türkiyə lideri çıxışında əlavə edib ki, bu proses fonunda Türkiyə ilə Ermənistan arasında normallaşma addımları da davam etdiriləcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?