24 sentyabr

Azərbaycanda tələbə qəbulu rekorda çatdı – 60 min nəfər - STATİSTİKA

Bu il Azərbaycanda 60 min tələbə yerli universitetlərə qəbul olub.

Təhıil.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, bu göstərici indiyədək qeydə alınmış ən yüksək rəqəmdir.

Nazir bildirib ki, tələbə qəbulunun dinamikası son 20 ildə əhəmiyyətli dərəcədə dəyişib:

2000-ci illərin əvvəllərində universitetlərə qəbul olunanların sayı təxminən 27 min nəfər idi.

2025-ci ildə bu rəqəm iki dəfədən çox artaraq 60 min nəfərə çatıb.

Nazir eyni zamanda qeyd edib ki, xaricdə təhsil almağa üstünlük verən azərbaycanlı tələbələrin sayı da son illərdə artıb. Yerli universitetlərə qəbul ola bilməyənlərin bir qismi isə ali təhsillərini digər ölkələrdə davam etdirir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?