23 sentyabr

Yasamalın Cəfər Cabbarlı küçəsində təmir işləri aparılacaq

Sentyabrın 24-ü saat 08:00-dan sentyabrın 25-i saat 24:00-dək paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində — A.A.Bakıxanov küçəsi ilə kəsişmədən başlayaraq aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan ərazidə qısa müddətlik tam məhdudlaşdırılacaq.

Təhlil.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına istinadla xəbər verir.

Sürücülərdən göstərilən tarixlərdə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?