Azərbaycan Ermənistanla Cənubi Qafqazda yeni dövrə qədəm qoyur

Keçən ay Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişi regionda yeni tarixi mərhələnin başlanğıcıdır.
Təhlil.az xəbər verir ki, bu barədə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Austria Press Agency”ə müsahibəsində bildirib. Əmirbəyov Ermənistan Konstitusiyasının preambulasında Dağlıq Qarabağa dair ərazi iddialarının olduğunu qeyd edib. O vurğulayıb ki, imzalanacaq sülh sazişi qarşılıqlı ərazi iddialarından imtinanı nəzərdə tutur. Regionda uzunmüddətli sülh və sabitlik üçün böyük imkanlar mövcuddur.
Əsas layihə olaraq Zəngəzur dəhlizi göstərilib:
* Ermənistan ərazisindən keçəcək 43 km-lik avtomobil və dəmir yolu xətti Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək.
* Bu xətt həm Azərbaycanın iki hissəsini birləşdirməklə, həm də Ermənistan və Azərbaycan, eləcə də Asiya ilə Avropanı birləşdirəcək.
* Layihə Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” kimi tanınır.
Əmirbəyov bildirib ki, siyasi iradə olduğu təqdirdə, bu, regionda hər kəsin faydalana biləcəyi sülh layihəsidir.