22 sentyabr
Ruben Rubinyan: Azərbaycanla sülh sazişi tezliklə imzalanmalıdır

NATO Parlament Assambleyasının sessiyasında çıxış edən Ruben Rubinyan ümid etdiyini bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi tezliklə imzalanacaq və ratifikasiya olunacaq.
Təhlil.az-ın məlumatına görə, o vurğulayıb ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistan üçün prioritet olaraq qalır. İrəvan diplomatik münasibətləri dərhal qurmağa və sərhədləri açmağa hazırdır.
Rubinyanın sözlərinə görə, Ermənistan təhlükəsizlik sistemini diversifikasiya etməyə çalışır və Şərqlə Qərb arasında tranzit qovşağına çevrilə bilər.
Dünən