22 sentyabr

İstanbulda Azərbaycan məktəbi açılacaq - YENİLİK

Azərbaycan-Türkiyə təhsil əlaqələrinin genişlənməsi çərçivəsində İstanbulda fəaliyyət göstərəcək Azərbaycan məktəbi həm orada yaşayan soydaşlarımızın uşaqlarının ana dilində və milli ruhda təhsil almasına, həm də iki ölkə arasında təhsil əməkdaşlığının daha da güclənməsinə xidmət edəcək. Bu imkan iki qardaş ölkə arasında təhsil əməkdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Təhlil.az xəbər verir ki, bu fikirləri bu gün Bakı Türk Anadolu liseyinin yeni binasının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.

“Bu bizim üçün bir ilk olacaq. Təcrübəmizdə ilk dəfə Azərbaycandan kənarda fəaliyyət göstərəcək Azərbaycan məktəbi modelini həyata keçirəcəyik. Eyni zamanda düşünürəm ki, bu məktəb İstanbulda işləyən və ya digər səbəblərlə yaşayan Azərbaycan vətəndaşları üçün də əhəmiyyətli fürsət yaradacaq. Bu baxımdan bu layihə Azərbaycan və Türkiyə təhsil sistemləri arasındakı dostluğu daha da möhkəmləndirəcək”, – deyə o, əlavə edib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?