22 sentyabr

Fransa səfirindən Azərbaycan xalqına müraciət

Fransanın Azərbaycandakı yeni səfiri ilk dəfə Azərbaycan xalqına müraciət edərək Bakı ilə Paris arasında əlaqələri gücləndirəcəyinə söz verib.

Təhlil.az xəbər verir ki, diplomat müraciətində Fransanı zəngin tarixə, ənənələrə, strateji əhəmiyyətə malik, sülhə doğru inamla irəliləyən ölkədə təmsil etməkdən şərəf duyduğunu vurğulayıb. Laqout sələfi En Boillona çətin dövrdə iki ölkə arasında münasibətləri qorumaq üçün göstərdiyi səylərə görə dərin hörmətini ifadə edib. O, Fransa ilə Azərbaycan arasında əlaqələri möhkəmləndirən insanlarla həm Bakıda, həm də ondan kənarda görüşməyi səbirsizliklə gözlədiyini qeyd edib. Səfir dialoq, açıqlıq və müxtəliflik dəyərlərini vurğulayaraq fransız dili və mədəniyyətinə marağın artırılmasına xüsusi diqqət yetirib. O, səfirliyin bu sahədə səylərinin iddialı olaraq qalmasını təmin edəcəyini bildirib.

"Əminəm ki, biz birlikdə ölkələrimiz və xalqlarımız arasında əlaqələri bundan sonra da inkişaf etdirəcəyik. Mən sizə arxalanıram", - deyən diplomat səmimi qəbula görə azərbaycanlılara təşəkkür edib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?