22 sentyabr
Azərbaycan və Ermənistan münsiflərindən musiqi yarışında maraqlı jest - VİDEO

Qazaxıstanda keçirilən “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsində Azərbaycan və Ermənistanı təmsil edən münsiflər heyətinin üzvləri diqqətçəkən addım atıblar.
Təhlil.az xəbər verir ki, Azərbaycanı münsiflər heyətində təmsil edən müğənni Əfəndi erməni iştirakçı Saro Gevorqyana 10 xal verib.
Ermənistanı təmsil edən münsiflər heyəti isə cavab olaraq azərbaycanlı ifaçı Səbinə Zadəyə eyni — 10 xal təqdim edib.
Qeyd edək ki, “Silk Way Star” beynəlxalq televiziya musiqi müsabiqəsində bu il 12 ölkədən ifaçılar iştirak edir. Onların sırasında Azərbaycan, Ermənistan, Gürcüstan, Malayziya, Qazaxıstan, Çin, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan, Özbəkistan və Cənubi Koreya yer alır.
Dünən