22 sentyabr
Netanyahu: “İordan çayının qərbində Fələstin dövləti olmayacaq”

İsrailin Baş naziri Benyamin Netanyahu İordan çayının qərbində Fələstin dövlətinin yaradılmasının mümkün olmadığını bəyan edib.
Təhlil.az xəbər verir ki, Baş nazir bildirib ki, belə bir təşəbbüsün həyata keçirilməsi terroru mükafatlandırmaqdan başqa bir şey deyil:
“Uzun illər ərzində daxili və xarici təzyiqlərə baxmayaraq, bu cür dövlətin qurulmasının qarşısını almışam. Bu, baş verməyəcək”.
Netanyahu həmçinin qeyd edib ki, İsrail Yəhuda və Samariyada yəhudi yaşayış məntəqələrinin sayını ikiqat artırıb və bu siyasəti davam etdirəcək.
Onun sözlərinə görə, “terrorçu dövlət” yaratmaq cəhdlərinə cavab ABŞ səfərindən qayıtdıqdan sonra veriləcək.
Dünən