22 sentyabr

Türkiyə ABŞ mallarına tətbiq etdiyi rüsumları ləğv etdi

Türkiyə hökuməti 2018-ci ildə ABŞ-dən idxal olunan 33 məhsul kateqoriyasına tətbiq etdiyi əlavə gömrük rüsumlarını ləğv edib.

Təhlil.az xəbər verir ki, bu məhsullara spirtli içkilər, avtomobillər, tütün məmulatları və kosmetika daxildir.

Qərar "Resmi Gazete"də dərc olunub və Ərdoğanın ABŞ-yə səfəri ilə eyni vaxta təsadüf edir.

Rüsumlar Trampın birinci prezidentlik dövründə Vaşinqtonun ticarət qərarlarına cavab olaraq Ankara tərəfindən tətbiq olunmuşdu.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?