20 sentyabr

Bu gün akademik Rəfiqə Əliyevanın doğum günüdür

Akademik Rəfiqə Əliyeva anadan olmasından 93 il ötür.

Təhlil.az xəbər verir ki, 1932-ci ildə Naxçıvanda doğulan Rəfiqə Əliyeva ömrünü kimya elminin inkişafına və yeni alimlərin yetişdirilməsinə həsr etmiş görkəmli şəxsiyyətlərdən biri idi. 

O, Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib, uzun illər burada çalışaraq assistentdən professoradək yüksəlib, analitik kimya sahəsində Azərbaycanda ilk qadın akademik olub.

Alim həm fundamental elmi işlər, həm də pedaqoji fəaliyyətlə seçilirdi. Onun rəhbərliyi ilə analitik kimyaya dair mühüm dərsliklər Azərbaycan dilinə çevrilib, yüzlərlə tələbə və gənc tədqiqatçı elmi fəaliyyətə cəlb olunub. Yetirmələri arasında 20-dən çox elmlər namizədi və doktoru var. Onun təşəbbüsü ilə yaradılmış Ekoloji kimya və ətraf mühitin mühafizəsi laboratoriyasında ətraf mühitin çirklənməsinin qiymətləndirilməsi və ağır metalların ayrılması üzrə yeni, daha sərfəli metodlar işlənib.

Elm və təhsil sahəsində xidmətlərinə görə Rəfiqə Əliyeva “Əməkdar elm xadimi” fəxri adına, “Şöhrət” ordeninə, eləcə də müxtəlif yerli və beynəlxalq mükafatlara layiq görülüb. O, həm tələbələri üçün himayədar müəllim, həm də Azərbaycan elminin nüfuzunu yüksəldən akademik idi.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?