19 sentyabr

Məktəbli bacı-qardaş yol qəzasında ölüb

Lənkəranın Şovu kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Təhlil.az xəbər verir ki,  “Mercedes” markalı avtomobil məktəbə gedən Gülay Əlizadə və qardaşı Ramid Əliyevi vurub.

Ağır xəsarət alan bacı-qardaş Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.