BDYPİ-dən xəbərdarlıq: köhnə və yararsız təkərlərlə yola çıxmayın

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək xatırladıb ki, nasaz avtomobillə yola çıxmaq qəza riskini dəfələrlə artırır. Bu səbəbdən nəqliyyat vasitələrinin texniki sazlığı, xüsusilə də təkərlərin vəziyyəti daim diqqətdə saxlanılmalıdır.
Təhlil.az xəbər verir ki, məlumatda deyilir: "Təkərlərin protektor dərinliyinin normadan az olması və yeyilmiş vəziyyətdə istifadəsi yol ilə təmasın zəifləməsinə, tormoz məsafəsinin xeyli artmasına və avtomobilin idarəetmədən çıxmasına gətirib çıxarır.
Xüsusilə yağışlı və sürüşkən yollarda belə hallar qəza riskini bir neçə dəfə artırır. Sürücülər texniki cəhətdən saz olmayan, köhnəlmiş və yararsız təkərlərlə hərəkətə çıxmamalıdır. Hər kəs avtomobilinin texniki vəziyyətinə ciddi nəzarət etməli və təhlükəsizlik üçün vaxtında tədbirlər görməlidir”.