Bu gün

Culfada həlak olan polis əməkdaşlarının adları - SİYAHI

Sentyabrın 12-si səhər saatlarında Culfa rayonunda baş verən ağır yol qəzası faciə ilə nəticələnib.

Təhlil.az xəbər verir ki, rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobil idarəetməni itirərək aşıb. Hadisə zamanı sürücü və avtomobildə olan daha üç sərnişin – Uğur Adnınsoy, Səbri Abbasov və İlham Əliyev hadisə yerində dünyasını dəyişib.

Qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi (iki və daha çox şəxsin ölümünə səbəb olan yol istismar qaydalarının pozulması) üzrə cinayət işi açılıb, müvafiq ekspertizalar təyin edilib. İlkin ehtimallara görə, yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olması faciəyə gətirib çıxarıb.

Hadisə Naxçıvanda böyük sarsıntı yaradıb, vəfat edənlərin hamısının polis əməkdaşı olması diqqət çəkir. Faktla bağlı araşdırma davam etdirilir.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?