10 sentyabr

“Azəriqaz”ın baş direktorunun səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov xəstəxanaya yerləşdirilib.

Təhlil.az iqtisadiyyat.аz-a istinadən xəbər verir ki, ötən ay onun səhhətində qəfil problemlər yaranıb.

Məlumata görə, A.Məmmədov xəstəxanaya müraciət edib və onun vəziyyətinin ağır olduğu bildirilib.

O, bir müddətdir xəstəxanaya yerləşdirilib.