Bu gün
“Ucqar ərazilərdə tibbi xidmət” layihəsinə start verildi

TƏBİB ucqar kəndlərdə yaşayan əhalinin tibbi xidmətlərə çıxışını asanlaşdırmaq məqsədilə “Ucqar ərazilərdə tibbi xidmət” layihəsinə başlayıb.
Təhlil.az xəbər verir ki, ilk dəfə Daşkəsəndə keçirilən layihə çərçivəsində 923 vətəndaşa 2 350 tibbi xidmət göstərilib.
Müayinələr pediatr, terapevt, endokrinoloq, nevroloq, kardioloq, oftalmoloq və radioloqlar tərəfindən aparılıb. Əhalinin maarifləndirilməsi, erkən diaqnostika və profilaktik tədbirlər önə çəkilib.
Layihədə müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrə cəlb olunub. Növbəti mərhələdə layihənin digər bölgələrdə davam etdirilməsi planlaşdırılır.
Bu gün
Bu gün