Bu gün
Qazaxıstan Milli Qvardiyasının Baş Komandanı Azərbaycanda

Qazaxıstan daxili işlər nazirinin müavini, Milli Qvardiyanın Baş Komandanı general-mayor Ansaqan Baltabekovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Təhlil.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qonaqlarla görüşdə iki ölkə arasında əməkdaşlığın, xüsusilə transmilli cinayətkarlıqla mübarizə, təcrübə və informasiya mübadiləsi sahəsində dərinləşdiyini vurğulayıb.
Baltabekov isə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirib. Səfər çərçivəsində qonaqlar Daxili Qoşunlar və polis orqanlarının fəaliyyəti ilə də tanış olublar.
Bu gün
Bu gün