09 sentyabr

Azərbaycanda bəzi şəxslərin təqaüdü artırılıb

Naxçıvan Muxtar Respublikasında fəxri adlara görə verilən təqaüd artırılıb.

Təhlil.az xəbər verir ki, əvvəllər 75 manat olan təqaüd 100 manata çatdırılıb.

Artım "Əməkdar müəllim", "Əməkdar həkim", "Əməkdar artist", "Əməkdar incəsənət xadimi", "Əməkdar rəssam", "Əməkdar mədəniyyət işçisi", "Əməkdar memar", "Əməkdar bədən tərbiyəsi və idman xadimi" və "Əməkdar dövlət qulluqçusu" fəxri adını daşıyan şəxslərə şamil edilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?