Bu gün

Dövlət Xidməti: “Telegram” hücumları ilə bağlı araşdırmalar davam etdirilir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Zərərverici Analizi Laboratoriyası (MRLab) tərəfindən “Telegram” üzərindən həyata keçirilən kiberhücumlarla bağlı araşdırmalar davam etdirilir.

Təhlil.az dövlət xidmətinin məlumatına istinadla xəbər verir ki, kiberəməliyyatla bağlı 112 saxta domen və 18 IP ünvanı MRLab tərəfindən nəzarətə götürülüb.

Hazırda sözügedən resursların fəaliyyəti araşdırılır və istifadəçilərə təsir dərəcəsi qiymətləndirilir. Mövzu ilə bağlı əlavə məlumatlar mərhələli şəkildə XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəsmi saytında paylaşılacaq.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?