“Tağıyev" filminin 3-cü hissəsi yaxın günlərdə təqdim olunacaq

Hacı Zeynalabdin Tağıyev barəsində çəkilən bədii filmin 3-ci hissəsi - "Tağıyev: Sona" yaxın vaxtlarda kinoteatrlarda təqdim olunacaq.
Təhlil.az xəbər verir ki, bu barədə filmin sosial şəbəkə hesablarında paylaşım edilib.
Qeyd edək ki, filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.
Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.
Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.