Bu gün

“Azərpoçt” Kəlbəcərdə fəaliyyət göstərməyə başlayıb

İşğaldan azad olunan ərazilərdə əhaliyə poçt xidmətlərinin göstərilməsi davam etdirilir. Belə ki, AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC Kəlbəcər şəhərində AZ3200 indeksli Kəlbəcər Poçt Şöbəsini vətəndaşların istifadəsinə verib.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Yeni poçt məntəqəsində vətəndaşlara universal poçt (məktub, teleqram və bağlama göndərişləri), karqo xidmətləri və maliyyə yığımları təqdim olunur.

Poçt şöbəsinin iş rejimi bazar ertəsi – cümə günləri saat 09:00 – 17:00 aralığında (nahar fasiləsi: saat 13:00 – 14:00), şənbə günləri isə saat 09:00 – 14:00 aralığında müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq poçt sahəsində işlər mərhələli şəkildə həyata keçirilməkdədir.

Bildirək ki, Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda poçt şöbəsi 2020-ci, Xankəndi poçt filialı isə 2024-cü ildə istifadəyə verilib. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cocuq Mərcanlıda 2020-ci ildə poçt şöbəsi yaradılıb, 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində, 2025-ci ildə isə Şuşa şəhərində poçt xidmətlərinin təşkili təmin olunub.

Poçt xidmətləri haqqında ətraflı məlumat əldə etmək istəyən vətəndaşlar www.azerpost.az veb-saytını ziyarət edə və ya “169” Çağrı mərkəzi ilə əlaqə yarada bilərlər.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?