Bu gün

Qızılın qiyməti 5000 dollara çata bilər

Dünya əmtəə bazarlarında qızılın qiyməti rekorda doğru irəliləyir.

Təhlil.az xəbər verir ki, son məlumata görə, qızılın bir unsiyası 3700 dollara yaxınlaşıb.

“Comex” birjasında dekabr fyuçersləri üzrə qiymət 0,50% artaraq 3695,70 dollar/unsiya olub. Spot bazarda isə qızıl 0,57% bahalaşaraq 3656,72 dollar/unsiyaya çatıb.

Ekspertlər bildirirlər ki, investorlar qeyri-müəyyənlik fonunda qızılı “təhlükəsiz liman” kimi seçirlər. ABŞ-da faiz dərəcələrinin uzun müddət yüksək qalacağı gözləntiləri, geosiyasi risklərin artması, dolların dəyərində dalğalanmalar və qlobal iqtisadi artım tempinin zəifləməsi qızıla marağı artırır.

Beynəlxalq maliyyə qurumlarının proqnozlarına görə, qiymətlər yaxın aylarda daha da yüksələ bilər. Hesablamalara əsasən, 2025-ci ilin sonuna qədər qızılın qiyməti 3700–4000 dollar aralığında qərarlaşa, 2026-cı ilin ortalarında isə hətta 5000 dollara qədər yüksələ bilər.

Beləliklə, qızıl yalnız zinət əşyası və sərvət simvolu deyil, həm də qeyri-sabit dövrdə investorların ən güvənli seçiminə çevrilir.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?