09 sentyabr

Azərbaycan millisi bu gün Bakıda Ukrayna ilə qarşılaşır

Bu gün futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxır.

Təhlil.az xəbər verir ki, yığmamız Bakıda Ukrayna millisi ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.

Xatırladaq ki, İslandiya məğlubiyyətindən (0:5) sonra AFFA Fernandu Santuşla yollarını ayırıb. Millimizi bu matça U-21-in çalışdırıcısı Ayxan Abbasov çıxaracaq.

 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?