Bu gün

ANAMA: Ötən həftə 198 mina və 726 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 1-7 sentyabr tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

Təhlil.az ANAMA-nın məlumatına istinadla xəbər verir ki, həmin müddətdə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 165, tank əleyhinə 33 mina və 726 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 1304.6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

 

 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?