Bu gün

Rusiyada Azərbaycan vətəndaşı saxlanılıb

Rusiyada Azərbaycan vətəndaşı saxlanılıb. Guya o, terror aktlarının planlaşdırılmasında iştirak edib.

Təhlil.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Stavropol diyarında saxlanılan Azərbaycan vətəndaşının “Rusiya Federasiyası ərazisində qadağan olunmuş Ukrayna terror təşkilatına qoşulduğu”, “tapşırıqla təxribat və terror aktları törətmək üçün nəzərdə tutulan bir sıra obyektlərin, xüsusən də Yessentuki və Stavropol şəhərindəki hüquq-mühafizə orqanlarının inzibati binalarının və nəqliyyat infrastrukturunun ətraflı araşdırılmasını həyata keçirdiyi” iddia olunur.
 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?