Bu gün

Türkiyədə qarşıdurma fonunda sosial şəbəkələrdə problem yaranıb

Türkiyədə müxalifətlə polis arasında toqquşmalar fonunda bəzi sosial şəbəkələrdə problemlər yaranıb.

Təhlil.az xəbər verir ki, "Telegram", "X", "Youtube", "Instagram", "Facebook" və "WhatsApp" gecə yarısından etibarən İstanbulda işləmir.

Müxtəlif telekommunikasiya operatorları vasitəsilə sosial şəbəkələrə qoşulmağa çalışarkən problemlər müşahidə olunur.

Bazar ertəsinə açılan gecə Cümhuriyyət Xalq Partiyasının İstanbul şöbəsinin qarşısında müxalifətlə polis arasında toqquşma baş verib. Hakimiyyət sentyabrın 11-dək şəhərin altı rayonunda, o cümlədən mərkəzi rayonlarda mitinq və nümayişlərin keçirilməsinə qadağa qoyub. Ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkələrdə iğtişaşlar və “təxribat xarakterli” paylaşımlarla bağlı araşdırma başlandığını açıqlayıb.

Türkiyə rəsmiləri bloklama ilə bağlı hələlik şərh verməyib.

Radio və Televiziya Ali Şurasının (RTÜK) sədri Ebubekir Şahin bildirib ki, paylaşımları ictimai təhlükəsizliyə xələl gətirən media qurumları bloklanma, o cümlədən yayım lisenziyasının ləğvi ilə üzləşirlər.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?