Bu gün
Kallas: Çin, Rusiya və İranın ittifaqı Qərbə açıq meydan oxuyur

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən son sammitini Qərb üçün ciddi təhdid adlandırıb. Təhlil.az xəbər verir ki, K.Kallas bu toplantını "avtoritar qüvvələrin birləşdiyi görüş" kimi xarakterizə edərək, onun həm Qərbə, həm də mövcud beynəlxalq sistemə birbaşa meydan oxuduğunu bildirib. O, Brüsseldə Aİ komissarlarının iclasından sonra təşkil olunan mətbuat konfransında Pekində keçirilən sammitin xüsusilə təhlükəli mesaj verdiyini vurğulayıb.
Bu gün
Bu gün