Bu gün

Alimlər xərçəngdən qoruyan qidanın adını açıqladılar

Rusiyalı alimlər orqanizmi xərçəng xəstəliyindən qoruyan qidanın adını açıqlayıblar.

Təhlil.az xəbər verir ki, alimlərin fikrincə, tərkibində heyvanzülalları olan qidaların qəbulu ölüm riskinin artması ilə əlaqəli deyil və hətta xərçəngdən qorunma təmin edə bilər.

Tədqiqat zamanı təxminən 16 000 nəfərin məlumatları təhlil edilib. Təcrübədə iştirak edənlərin yaşı isə 19 və daha çox olub. Elm adamları qida rasionunda heyvan və bitki zülallarının miqdarını və bunun ürək xəstəliyi və ya xərçəng riski ilə necə əlaqəli olduğunu araşdırıblar. Məlum olub ki, qidalanma zamanı daha çox ət yeyənlər arasında xərçəngdən ölüm hallarında xeyli azalma müşahidə olunub.

Bu müşahidələrdən və klinik tədqiqatlardan əldə edilən məlumatları nəzərdən keçirdikdə, həm heyvan, həm də bitki zülalları olan qidaların sağlamlığı və uzunömürlülüyü təşviq etdiyi aydın olur.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?