29 avqust

DİN: Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Şamaxı rayonunun Məlhəm kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Təhlil.az DİN-in Mətbuat xidmətinin regional qrupunun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla yanğının rayon sakini, 38 yaşlı Kənan Səlimov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektar quru ot sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?