Bu gün

Qarabağda şəhərsalma idarəsi Xankəndidə fəaliyyət göstərəcək - FƏRMAN

Prezident İlham Əliyev "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" 12 avqust 2021-ci il tarixli fərmanında dəyişiklik edib. 

Təhlil.az xəbər verir ki, dəyişikliyə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdədən Xankəndiyə köçürülür. 

Onun fəaliyyəti Xankəndi şəhərini və Ağdərə rayonunu da əhatə edəcək.

Nazirlər Kabineti və Dövlət Komitəsi fərmandan irəli gələn məsələləri həll etməlidir. 

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?